"Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdir. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur".
Qol.az-ın məlumatına görə, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib. Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirən mütəxəssis AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib:
"Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır".
Qeyd edək ki, yığmamız Millətlər Liqasına Kosovo ilə oyunla start verəcək. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































