Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vorksla" növbəti maliyyə problemi ilə üzləşib.
Qol.az-ın xəbərinə görə, Ukrayna mətbuatı klubun futbolçuların maaşlarını azaltdığını yazıb. İki oyunçu – Mladen Bartuloviç və Sergey Siminin isə borlclarını ala bilmədiyi üçün klubu tərk edib.
Klubun fəxri prezidenti Konstantin Jevaqo isə yerli mediaya açıqlamasında bildirib ki, "Vorksla"nın maliyyə problemi yoxdur. "Onu deyə bilərəm ki, klubumuzun oynaması və qalib gəlməsi üçün yetərincə resursu var. "Vorskla" hər zaman vədini yerinə yetirib və futbolçuların pulunu ödəyib. Heç kim bunun əksini iddia edə bilməz. Mən konkret borclar, yaxud digər öhdəliklər barədə danışmaq istəməzdim. Əgər məsələ ilə bağlı Ukrayna Futbol Federasiyasına hər hansı müraciət olubsa, bu məsələdə klubun öz mövqeyi var ki, kimin ödəmələrini necə həyata keçirsin".
Qeyd edək ki, "Vorksla" ötən mövsümünün gedişatında da ciddi maliyyə problemləri ilə üzləşib. Sonradan bu məsələ müəyyən dərəcədə həll olunub. Poltava təmsilçisi 2017/18 mövsümünü Ukrayna Premyer Liqasında üçüncü yerdə başa vurmaqla Avropa Liqasında oynamaq hüququ qazanıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































