Sentyabrın 1-də İspaniya La Liqasında üçüncü turun dörd oyunu keçirilib.
"Real Madrid" "Santyaqo Bernabeo" stadionunda "Leqanes" klubunu qəbul edib. Oyunun favoriti sayılan "kral" klubu hesabı 17-ci dəqiqədə açıb. Madridlilərin sağ cinah müdafiəçisi Dani Karvaxalın ötürməsini Qaret Beyl dəqiq zərbə ilə tamamlayıb. Bu qoldan yeddi dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Cərimə meydançasında qayda pozuntusuna görə hakim "Real Madrid" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və Quido Karillo fürsəti əldən verməyib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
Fasilədən sonra hücumları gücləndirən Madrid təmsilçisi oyunun 48-ci dəqiqəsində yenidən hesabda önə keçib. Marselo-Asensio-Benzema kombinasiyasını sonuncu dəqiq baş zərbə ilə tamamlayıb. Bundan 13 dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi artırıb. Kərim Benzema özünün ikinci, komandasının isə üçüncü topunu rəqib qapısından keçirdib. Bu da oyunda son qol olmayıb. 66-cı dəqiqədə "Leqanes" klubunun qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Serxiyo Ramos qola çevirib. Beləliklə, "Real Madrid" klubu La Liqada ardıcıl üçüncü qələbəsini qazanıb.
Madrid şəhərin digər təmsilçisi "Atletiko" səfərdə "Selta Viqo" klubuna məğlub olub (2:0). "Selta Viqo" klubun heyətində 46-ci dəqiqədə Maksi Qomez və 52-ci dəqiqədə İaqo Aspas fərqləniblər.
Turun avqustun 31-də və sentyabrın 1-də keçirilmiş digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Xetafe" - "Real Valyadolid" - 0:0
"Eybar" - "Real Sosyedad" - 2:1
"Villyareal" - "Girona" - 0:1
İspaniya La Liqasının üçüncü turuna sentyabrın 2-də "Levante"-"Valensiya", "Deportivo Alaves"-"Espanyol", "Real Betis"-"Sevilya" və "Barselona"-"Hueska" oyunları ilə yekun vurulacaq.AzərTac
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































