Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal" klubunun baş məşqçisi Unay Emeri komandanın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Qol.az-ın "Fox sports"a istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis 29 yaşlı yarımmüdafiəçini Ağdam klubu ilə səfər oyununa aparmaq istədiklərini söyləyib:
"Əlbəttə, Mxitaryanın bizimlə Bakıya getməsini istərdim. Amma bu, bir az problemli məsələdir. Həllini tapsa, daha yaxşı olardı. Hələ ki, bu barədə Henrixin özü ilə danışmamışam".
Əslində UEFA öz bayrağı altında keçirilən yarışlarda futbolçuların istənilən ölkəyə getməsinə viza verilməsi üçün müvafiq federasiyalara, klublara və səfirliklərə məktub göndərir. Bu, standart prosedurdur. Ancaq Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən onun "Qarabağ"la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.
Xatırladaq ki, "Qarabağ" – "Arsenal" oyunu oktyabrın 4-də keçiriləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































