İngiltərə Premyer Liqasının dördüncü turuna "Lester Siti" – "Liverpul" oyunu ilə start verilib.
Sentyabrın 1-də "Kinq Pover" stadionunda keçirilmiş qarşılaşmada "Liverpul" klubu 1:2 hesablı qələbə qazanıb. Görüşün 10-cu dəqiqəsində qonaqlar hesabı açıblar. Sol cinahdan hücuma keçən və iki müdafiəçisini geridə qoyan Andi Robertson topu cərimə meydançasında olan Sadio Maneyə ötürüb. Seneqallı hücumçu bu fürsəti əldən verməyib.
Birinci hissənin sonlarında "Liverpul" klubu meydan sahiblərini ikinci dəfə oyunu mərkəzindən başlamağa məcbur edib. Ceyms Milnerin künc ötürməsini braziliyalı Firminyo dəqiq baş zərbəsi ilə tamamlayıb.
Matçın 63-cü dəqiqəsində "Lester Siti" qollardan birinin əvəzin çıxa bilib. Alison Beykerin müdafiədə kobud səhvindən sonra Raçid Gezzal topu "Liverpul"un qapısından keçirib. Bu oyunda sonuncu qol olub.
Ardıcıl dörd qələbə qazanan Yurqen Klopun yetirmələri 12 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıblar. "Lester Siti" isə 6 xalla yeddinci yerdədir.
Qeyd edək ki, Premyer Liqanın dördüncü turunun maraqlı qarşılaşmalarından biri bu gün "Mançester Siti" və "Nyukasl Yunayted" komandaları arasında keçiriləcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


