"Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq. Bu yarışda böyük bir yol keçmək istəyirik. Bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq".
"Report"un məlumatına görə, bunu İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis bildirib ki, həftədə iki oyun keçirmək fiziki cəhətdən ağırdır: "Bu, matça hazırlıq üçün az vaxtın olması və fiziki hazırlığın tamamlanması baxımından çətindir. Lakin biz bunun öhdəsindən gəlmək, çoxlu oyun keçirmək istəyirik. Milli komandaların oyunları ilə əlaqədar fasilə başa çatdıqdan sonra xeyli matça çıxacağıq. Çoxlu oyunçumuzdan yararlanacağımıza təminat verə bilərik".
İspaniyalı baş məşqçi "Sevilya"dakı dövrlə müqayisədə "Arsenal"la bağlı durumun fərqli olduğunu söyləyib: "Mən karyeramın hər bir dəqiqəsində öyrənmişəm. İndi isə oyundan-oyuna daha da yaxşı olmağa davam etmək istəyirəm. Hər bir oyun 90 dəqiqədən ibarətdir. Rəqiblərə hörmətlə yanaşıram. Lakin biz hər bir matçda oyunumuzu yaxşılaşdırmaq niyyətindəyik. Bu, həm Avroliqa, həm də Premyer Liqa matçımıza aiddir".
Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ", Portuqaliya "Sportinq"i və Ukrayna "Vorskla"sı ilə birgə E qrupunda yer alıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































