UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Avroliqanın bu dəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, püşkatma nəticəsində "Qarabağ"ın bəxtinə "Arsenal" və " Sportinq" kimi güclü klublar, həmçinin "Vorskla" düşüb. Bu qrupun iki ən güclü klubu da İngiltərə və Portuqaliya klublarıdırlar. Növbəti mərhələyə də qrupdan bu iki komandanın çıxacağı gözlənilir. Ukrayna və Azərbaycan klubları isə çox güman ki, 3-cü yer uğrunda mübarizə aparacaqlar. Lakın "Qarabağ"ın ötən il olduğu kimi güclü klublarla mübarizədə sürprizə imza ata biləcəyi istisna edilmir.
Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:
"A" qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr).
"B" qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Leypziq" (Almaniya), "Rusenborq" (Norveç).
"C" qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa), "Slaviya" (Praqa, Çexiya).
"D" qrupu: "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya).
"E" qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "Qarabağ" (Azərbaycan), "Vorskla" (Poltava, Ukrayna).
"F" qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya), "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq).
"G" qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya).
"H" qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Frankfurt, Almaniya), "Apollon" (Kipr).
"İ" qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsborq" (Norveç).
"J" qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya), "Standard" (Lyej, Belçika), "Akhisar Belediyespor" (Türkiyə).
"K" qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya).
"L" qrupu: "Çelsi" (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton" (Macarıstan).
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


