Avqustun 31-də UEFA Avropa Liqasının play-off mərhələsinə yekun vurulub və turnirin qrup mərhələsində mübarizə aparacaq son 21 klub da müəyyənləşib.
Turnirin play-off mərhələsində 21 cavab qarşılaşması oynanılıb.
Bu turnirdə yeganə təmsilçimiz "Qarabağ" klubu inamlı oyunu sayəsində qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda səfərdə Moldovanın "Şerif" klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi cavab görüşündə rəqibin qapısından üç cavabsız top keçirib.
İstanbulun "Beşiktaş" komandası isə birinci görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi "Partizan" klubunu ev oyununda məğlubiyyətə uğradıb - 3:0.
Qazaxıstanın "Astana" klubu ilk görüşdə minimal hesabla məğlub olduğu APOEL (Kipr) komandasını evdə eyni hesabla məğlub edib. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasında "Astana" 2:1 hesabı ilə qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Play-off mərhələsinin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Ufa" (Rusiya) - "Qlazqo Reyncers" (Şotlandiya) – 1:1 (0:1);
"AEK Larnaka" (Kipr) – "Trençin" (Slovakiya) – 3:0 (1:1);
"Leypsiq" (Almaniya) - "Zorya" (Ukrayna) – 3:2 (0:0);
"Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya) – 0:0 (0:0, penalti seriyası - 4:3)
"Ludoqorets" (Bolqarıstan) - "Torpedo Kutaisi" (Gürcüstan) – 4:0 (1:0);
"ÇFR Kluj" (Rumıniya) - "Düdelanj" (Lüksemburq) – 2:3 (0:2);
"Apollon" (Kipr) – "Bazel" (İsveçrə) – 1:0 (2:3);
"Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç) – 2:1 (1:3);
"Midtyulland" (Danimarka) - "Malmö" (İsveç) – 0:2 (2:2)
"Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç) – 0:2 (1:3)
"Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Sloveniya) – 1:1 (2:0);
"Bröndbü" (Danimarka) - "Genk" (Belçika) – 2:4 (2:5);
"Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya) – 2:1 (1:3);
"Bernli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) – 1:1 (1:3);
"Bordo" (Fransa) – "Gent" (Belçika) – 2:0 (0:0);
"Seltik" (Şotlandiya) - "Suduva" (Litva) – 3:0 (1:1);
"Molde" (Norveç) - "Zenit" (Rusiya) – 2:1 (1:3);
"Sevilya" (İspaniya) - "Siqma" (Çexiya) – 3:0 (1:0);
Beləliklə, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq 48 klub artıq müəyyənləşib. Turnirin qrup mərhələsinin püşkü avqustun 31-də Bakı vaxtı ilə saat 13:00-da atılacaq. AzərTac
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































