UEFA münaqişəli ölkələrin komandaları arasında oyunların keçirilməməsinə dair qərarını 2018-2019 mövsümündə dəyişməyəcək. Bu barədə "İzvestiya"ya UEFA-dan açıqlama verilib.
Bildirilir ki, Azərbaycanla Ermənistan, Rusiya ilə Ukrayna, Serbiya ilə Kosovo, Bosniya və Herseqovina ilə Kosovo və İspaniya ilə Cəbəllütariq eyni qrupda yer almayacaqlar. 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin püşkatma prosedurunun isə gələcəkdə açıqlanacağı bəyan olunub.
Rusiya və Ukrayna komandaları arasında oyunlara icazə verilməsi xahişi ilə UEFA-ya beynəlxalq "Sport for all" təşkilatı müraciət etmək niyyətindədir. Qurum bu təşəbbüsü hər iki ölkənin deputatlarının da dəstəklədiyini bildirib.
Qeyd edək ki, münaqişəli ölkələrin komandalarının ayrı-ayrı qruplara salınmasına dair qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Bu mövsüm Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda keçiriləcək. Eyni zamanda, 2020-ci il Avropa çempionatı qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































