Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşəcək.
Həmin komandaların adları pley-off mərhələsinin cavab görüşlərinin yekununda məlum olacaq. Avstriyada "Zaltsburq" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. İki komanda arasındakı ilk görüş qolsuz yekunlaşıb. Cavab oyununu türkiyəli referi Cüneyt Çakır idarə edəcək.
Hollandiyada PSV klubu "Qarabağ"ı əvvəlki mərhələdə üstələməyi bacarmış Belarus BATE-sini sınağa çəkəcək. Eyndhoven təmsilçisi Borisovdakı ilk görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Bu nəticə Mark van Bommelin baş məşqçi olduğu kollektivin şanslarını artırıb.
Yunanıstanda PAOK Portuqaliya "Benfika"sı ilə üz-üzə gələcək. Onlar əvvəlki mərhələdə müvafiq olaraq, Rusiya "Spartak"ı ilə Türkiyə "Fənərbağça"sını iki oyunun yekununda məğlubiyyətə uğradıblar. İki komanda arasında Lissabonda keçirilmiş görüşdə isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Beləliklə, PSV və PAOK rəqiblərindən üstün olmağı bacarsalar, Hollandiya və Yunanıstan Çempionlar Liqasının qrup mərhələsində 2 klubla təmsil olunacaq. İlk oyun günündə bu vəzifənin öhdəsindən "Ayaks" və AEK gələ bilib. Daha bir vəsiqəyə isə İsveçrə "Yanq Boyz"u sahib çıxıb. Əvəzində Xorvatiya və Ukraynanın "Dinamo", eləcə də Macarıstanın "Videoton" komandaları mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab görüşləri
29 avqust
23:00. "Zaltsburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:0
23:00. PSV (Eyndhoven, Hollandiya) - BATE (Borisov, Belarus)
İlk oyun - 3:2
23:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
İlk oyun - 1:1.
Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































