Sentyabrın 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin kapitanı dəyişdirilib.
Mediainfo.az-ın bildirdiyinə görə, bu barədə report-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. O, deyib ki, yeni kapitan Qədir Hüseynov olacaq. Dəyişikliklə bağlı qərarı federasiya rəhbərliyi ilə şahmatçılar birgə qəbul edib. Ümumi rəyə əsasən, Eltac Səfərlini Hüseynov əvəzləyib.
M.Məmmədov olimpiadada iştirak edəcək Azərbaycan millisinin heyətinin müəyyənləşdiyini də söyləyib. O, komandada 5 qrossmeysterin yer alacağını bildirib:
"Birinci lövhədə Şəhriyar Məmmədyarov yer alacaq. Qalanlarında isə ardıcıllıqla Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli olacaq. Yarışa hazırlıqla əlaqədar, sentyabrın birinci yarısında təlim-məşq toplanışı olacaq. Azərbaycanın məqsədi hər zaman yüksək nəticə qazanmaqdır".
Qeyd edək ki, olimpiadaya oktyabrın 6-da yekun vurulacaq.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































