"İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsonla 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debutda böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacam".
Bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb. Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib:
"Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdu. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam.
Sabah yenə oynamaq lazımdı! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman isə bu söhbətlər sadəcə mənasız olacaq. Təşəkkürlər diqqətə görə".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































