UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edəcək.
Buna səbəb yarışın final matçının 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmasıdır. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçulardan biri olmalıdır. O, qrup mərhələsindən başlayaraq, bütün püşkatma mərasimlərinə qatılmalıdır. Hələlik həmin şəxsin kimliyi dəqiqləşməyib. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.
Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər. Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.
Qeyd edək ki, 2017-2018 mövsümündə final oyunu Fransanın Lion şəhərində kerçirilib. Finalın səfiri isə İspaniya "Barselona"sının heyətində Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının ikiqat qalibi olmuş Fransa yığmasının sabiq müdafiəçisi Erik Abidal olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































