"Sevilya" və "Barselona" klubları arasında İspaniya Super Kuboku uğrunda oyun keçirilib.
Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə Kataloniya təmsilçisinin 2:1 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə "Sevilya"nın futbolçusu Pablo Sarabiya açsa da, 42-ci dəqiqədə Jerar Pike, 78-ci dəqiqədə isə Usman Dembele fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, "Barselona" tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanaraq, 2018-2019 mövsümünə titulla başlayıb.
Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında "Barsa" məhz "Sevilya"nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda "qızıl dubl" etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.
Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































