"Neftçi"nin futbolçusu Soni Mustivar səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra brifinq keçirib.
Haitili yarımmüdafiəçi öncə oyunu dəyərləndirib:
- Çox çətin oyun oldu. Hər şeyin ideal olduğunu demək olmaz. Çempionatın ilk oyununda ən önəmlisi o idi ki, qalib gəldik. Çox işləməliyik, yaxşı tərəf odur ki, bizim vaxtımız var.
Əvəzlənməyinin səbəbi nə idi? İlk hissəni ən yaxşı keçirən sən idin. Baş məşqçi hansı əsasla səni oyundan çıxardı?
- Əslində heç nə demədi. İlk hissənin sonlarında əzələmi dartdım. Həkimlər oyuna davam etməyə məsləhət görmədilər.
Zədən ciddidir?
- Sabah müayinə edəcəyik. Hiss edirəm ki, çətinlik çəkirəm.
"Neftçi" nəyin sayəsində qalib gəldi?
- Biz ikili mübarizələrdə, "ikinci mərtəbədə" yaxşı oynadıq. Qol epizodlarında da yaxşı oynadıq.
"Neftçi"ni Bakıda "Uypeşt"lə oyunda da görmüşdük. Həmin oyunda komanda daha nizamlı oynayırdı. Bu gün həmin komandanı görmədik...
- Deməzdim ki, psixoloji problemimiz var, sönük deyildik. Hər qarşılaşmaya final matçı kimi yanaşırıq. Hər şeyə meydanda aydınlıq gəlir. Hərdən oyun istədiyin kimi alınmır. Oyunun alınanda hər şey yaxşı olur, alınmayanda isə əsəbi olursan.( report)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


