Ötən günlərdə Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən "Traktor" futbol komandasına transfer edilən Məsud Şücayi klub tərəfdarlarına jest edib.
Teleqraf.com xəbər verir ki, qaşqay türklərindən olan Şücayi sosial şəbəkədə ana dilində paylaşım edərək, Azərbaycan komandasına qoşulmaqdan sevincini dilə gətirib:
"Əziz və hörmətli azərbaycanlı həmvətənlərimi salamlayıram. Məni qarşılamaq üçün Təbrizin hava limanına gəldiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edir, ayaqlarınız ağrımasın deyirəm. Səhənd və Savalanda olmaqdan məmnunam. Hədəfimiz gün kimi aydındır. Tək əldən səs çıxmaz. "Traktor"un şərəfli qırmızı bayrağının ucalarda dalğalanması üçün hamımız əl-ələ verməliyik. Yaşasın Azərbaycan".
Məsud Şücayi fars ilində də paylaşım edərək, "Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan" şüarını səsləndirib.
Qeyd edək ki, Şiraz şəhərində doğulan Şücayi qaşqay türklərindəndir. İspaniyanın "Osasuna" komandasının keçmiş oyunçusu ötən həftə "Traktor" klubuna transfer edilib.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































