Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
İilk oyun günündə 7 qarşılaşma keçirilir. Açılış oyununda Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" komandası Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv gələn həftə keçiriləcək cavab görüşü ərəfəsində özünü çətin vəziyyətə salıb.
Bu matçda Almeyda meydana 46-cı dəqiqədə daxil olub. "Qarabağ"ın daha bir sabiq yarımmüdafiəçisi Pedro Enrike isə start heyətdə yer alıb və sonadək çıxış edib.
"Qarabağ" da öz meydanında uduzub. Azərbaycan təmsilçisi Belarus BATE-sinə minimal hesabla yenilib. Daha 4 görüşdə qalib müəyyənləşməyib. Səfərdən məğlub qayıdan yeganə klub isə Türkiyə "Fənərbağça"sı olub. İstanbul komandası Portuqaliyada qapısından bir top buraxıb.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları
7 avqust
18:00. "Astana" (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Mario Budimir, 39. Dani Olmo, 84
21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1
Qol: Stanislav Draqun, 36
21:15. "Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1
Qollar: Anders Kristiansen, 62 - Loik Neqo, 71
21:30. "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
Qollar: Yozef Quşbauer, 90+5 (penalti ilə) - Benjamin Verbiç, 82
22:00. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2
Qollar: Medhi Karsela, 67. Reno Emon, 90+4 - Klaas-Yan Huntelaar, 19. Duşan Tadiç, 34
22:00. "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1
Qollar: Əl-Fərdi ben Nabuhane, 23 (penalti ilə) - Erik Qrendel, 25
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0
Qol: Franko Servi, 69
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan 3 ilk oyunu bu gün keçiriləcək. Cavab görüşləri isə avqustun 14-də olacaq. (report)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































