Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
İkinci oyun günündə 9 oyun keçirilib. Azərbaycan çempionu "Qarabağ"la yanaşı, potensial rəqibləri də üz-üzə gəlib.
BATE ilk görüşdə Belarusda qolsuz heç-heçə etdiyi HİK-i Finlandiyada məğlub edərək, "Qarabağ"a növbəti mərhələdə rəqib olub.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə səfərdə Danimarka "Mityulland"i ilə qolsuz heç-heçə edib. Nəticədə "Astana" da Roman Qriqorçukun rəhbərliyi altında mərhələ adlayıb.
Ümumiyyətlə, Çempionlar Liqasının III təsnifat mərhələsinə "Qarabağ", BATE və "Astana"dan əlavə, Makedoniyanın "Şkendiya", Xorvatiyanın "Dinamo" (Zaqreb), Slovakiyanın "Spartak" (Trnava), İsveçin "Malmö", Serbiyanın "Srvena Zvezda", Yunanıstanın PAOK, Macarıstanın "Videoton", Hollandiyanın "Ayaks" və Şotlandiyanın "Seltik" komandaları yüksəlib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
1 avqust
20:00. HİK (Finlandiya) - BATE (Belarus) - 1:2
Qollar: Moştaq Yaqubi, 28 - Rafinya, 20 (öz qapısına). İqor Staseviç, 24
İlk oyun - 0:0
21:00. "Mityulland" (Danimarka) - "Astana" (Qazaxıstan) - 0:0
İlk oyun - 1:2
21:00. "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) - 3:0
Qollar: Dani Kintana, 24; 56 (hər ikisi penalti ilə). Con Delarj, 89
İlk oyun - 0:0
21:15. "Malmö" (İsveç) - ÇFR (Kluj, Rumıniya) - 1:1
Qollar: Arnor İnqvi Traustason, 55 - Damyan Cokoviç, 36
İlk oyun - 1:0
21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya) - 0:2
Qollar: Əl-Fardu Ben Nabuhan, 8. Nemanya Radonyiç, 38
İlk oyun - 0:3
22:00. "Bazel" (İsveçrə) - "PAOK" (Yunanıstan) - 0:3
Qollar: Fernando Varela, 7. Aleksandar Priyoviç, 52. Omar Əl-Kadduri, 60
İlk oyun - 1:2
22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: Anel Haciç, 45
İlk oyun - 0:0
22:30. "Şturm" (Qrats, Avstriya) - "Ayaks" (Hollandiya) - 1:3
Qollar: Andre Onana, 89 (öz qapısına) - Klaas-Yan Huntelaar, 39; 77. Duşan Tadiç, 48
İlk oyun: 0:2
22:45. "Rusenborq" (Norveç) - "Seltik" (Şotlandiya) - 0:0
İlk oyun: 1:3.
Report
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


