Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
"Report"un məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkib. Görüş qolsuz yekunlaşıb. Bununla da "Şkendiya" mərhələ adlayıb.
İlk oyunda İsrailin "Hapoel" komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya "Dinamo"su Beer-Şevada məhsuldar heç-heçə sayəsində adını növbəti mərhələyə yazdırıb.
Slovakiya "Spartak"ı ilə Trnavada Polşanın "Legiya" komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrıldığından, "Spartak" bu turnirdə yoluna davam edəcək.
Qeyd edək ki, ilk matçda səfərdə Albaniya "Kukesi"i ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunları
31 iyul
21:00. "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) - 0:0
İlk oyun - 0:1
21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2
Qollar: Con Oqu, 14. Petar Stoyanoviç, 34 (öz qapısına) - Mario Budimir, 49. İzet Hayroviç, 54
İlk oyun - 0:5
22:30. "Spartak" (Trnava, Slovakiya) - "Legiya" (Varşava, Polşa) - 0:1
Qol: İnyaki Astis, 63
İlk oyun - 2:0
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































