Avqustun 1-də çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Belə turnirlərdə hər vurulan və buraxılan qol nəticəyə təsir edəcək. Oyunda diqqətli və ehtiyatlı olmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün istifadə etməyə çalışacağıq.
Axar.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında avqustun 1-də Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, belə oyunlarda, ümumiyyətlə, qolların sayı az olur. Hər bir halda müdafiəni düzgün qurub qol vurmaq haqqında da düşünürük və yaranmış boşluğu aradan qaldırmaq üçün çalışacağıq.
"Futbolçuların hamısı qarşılaşmaya tam hazırdır. Çalışırıq ki, bəzi detalları daha yaxşı edək. Rəqib də oyuna ciddi hazırlaşır və çox iddialıdırlar. Ümid edirik ki, sabah komandamız üçün sərfəli nəticə əldə edəcəyik", - deyə Ağdam təmsilçisinin baş məşqçisi qeyd edib.
Qeyd edək ki, "Qarabağ" – "Kukesi" komandalarının cavab oyunu avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" səfərdə 0:0 hesabı ilə heç-heçə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































