UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, ilk olaraq 7 matç oynanılıb.
İlk oyun gününə Qazaxıstanda start verilib. Millimizin yarımmüdafiəçisi Riçard Almeydanın forma geyindiyi "Astana" "Mityulland"ı qəbul edib. Danimarka təmsilçisi ilə oyunda "Qəbələ"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk və eks "Qarabağ"lı Pedro Enrike də səhnəyə çıxıb. "Astana" son dəqiqələrdə vurduğu qol sayəsində minimalhesablı qələbəyə sevinib.
Mərhələnin PAOK – "Bazel" və "Dinamo" – "Hapoel" qarşılaşmaları da maraqla gözlənilirdi. PAOK evdə minimal, "Dinamo" isə böyük hesabla qələbə qazanıb.
Günün son matçında isə "Legiya" gözlənilmədən öz meydanında Trnava "Spartak"ına yenilib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
"Astana" (Qazaxıstan) – "Mityulland" (Danimarka) - 2:1
Qollar: Kleynesler, 31, 90+4 - Vikeym, 51
ÇFR (Kluj, Rumıniya) – "Malmö" (İsveç) - 0:1
Qol: Strandberq, 45
PAOK (Yunanıstan) – "Bazel" (İsveçrə) - 2:1
Qollar: Kanas, 32; Priyoviç, 80 - Ayeti, 82
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Hapoel" (Beer-Şeva, İsrail) - 5:0
Qollar: Hayroviç, 22; Orsiç, 28; Ademi, 51, 62; Hodziç, 82
"Şkendiya" (Makedoniya) – "Şerif" (Moldova) - 1:0
Qol: İbraimi, 24
"Srvena Zvezda" (Serbiya) – "Suduva" (Litva) - 3:0
Qollar: Ebesilio, 23; Radonyiç, 35, 58
"Legiya" (Varşava, Polşa) – "Spartak" (Trnava, Slovakiya) - 0:2
Qollar: Qrendel, 16; Vlasko, 90+3
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


