Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay futbolçuları Con Delarjın "Qarabağ"a keçidini təsdiqləyib.
Bursa təmsilçisini rəhbəri 28 yaşlı konqolu forvardı Ağdam klubuna verdiklərini açıqlayıb: "Papiss Cisse ilə maraqlanırıq. Delarjı "Qarabağ"a verdik. Yasin Öztekinin meneceri ilə görüşdük, imza atılmadan transferi bitmiş hesab etməməliyik".
Türkiyə mətbuatında yer alan xəbərlərdə "Qarabağ"ın "Bursaspor"a 200 min avro transfer haqqı ödədiyi bildirlir. Onun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.
Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Təcrübəli oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirə bilib.
Azərbaycan çempion hələlik transferi rəmsi şəkildə açıqlamayıb.
Qeyd edək ki, Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. O, "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan 1,25 milyon avroya transfer olunub.(report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































