Londonun "Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil Almaniya milli komandasında karyerasının başa çatdığını elan edib.
Mediainfo.az "Report"-a istinadən xəbər verir ki, futbolçu bununla bağlı açıq məktubunu yayıb. O, Almaniya Futbol İttifaqı (DFB) tərəfindən qəbul olunmuş qərarda irqçilik təzahürlərini göstərib.
Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. DFB rəhbəri Raynhard Qrindel yaranmış vəziyyətdən sonra onu yanına çağırıb.
"Son hadisələrlə əlaqədar uzun götür-qoydan sonra ürək ağrısı ilə Almaniya yığmasında daha oynamamağa qərar verdim. Çünki mən öz ünvanıma irqçi və hörmətsiz münasibət hiss edirəm" – deyə futbolçu özünün "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, futbolçunun Türkiyə prezidenti ilə fotosu tənqidlərə səbəb olub. Lakin Özil tənqidlərə cavab verib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


