Rusiyada keçirilən dünya çempionatındakı qələbə Fransa millisinə FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.
Dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Mundialın gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.
Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FİFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.(report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































