Dünya çempionatında Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək final matçına hakim təyinatları açıqlanıb.
"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş argentinalı Nestor Pitanaya həvalə olunub. Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində kömək edəcək. İyulun 15-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Bundan bir gün əvvəl isə Sankt-Peterburqdakı eyniadlı stadionda Belçika və İngiltərə yığmaları arasında keçiriləcək görüş isə iranlı Alireza Faqaniyə tapşırılıb. Görüşə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, Nestor Pitanya Rusiyanın Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə yendiyi açılış oyununun da baş hakimi olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































