Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" bu gün ilk matçına çıxacaq.
Məlumata görə, "qırmızı-qaralar" I təsnifat mərhələsində Lüksemburq klubu "Proqres"i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən "Qəbələ" doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.
Ötən mövsüm Azərbaycan kubokunu qazanan "Keşlə" turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada "Baltsan"ın qonağı olacaq. Bu, eyni zamanda "Keşlə"nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm "Xəzər Universiteti", həm də "İnter" kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.
2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulacaq Azərbaycan klubu "Neftçi" olacaq. "Ağ-qaralar" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxacaq. Bakılılar "Dalğa Arena"da "Uypeşt"lə üz-üzə gələcək. Macarıstan təmsilçisi ilə görüş "Neftçi"də baş məşqçi debütü ilə yadda qalacaq. Belə ki, matç Roberto Bordinin bu postda "siftə"si olacaq. Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən "Neftçi" səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. "Qəbələ" (Azərbaycan) – "Proqres" (Lüksemburq)
Qəbələ. Şəhər stadionu
20:00. "Baltsan" (Malta) – "Keşlə" (Azərbaycan)
Ta Qali. "Sentenari" stadionu
21:00. "Neftçi" (Azərbaycan) – "Uypeşt" (Macarıstan)
Bakı. "Dalğa Arena" (apa)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































