Dünya Çempionatının 1/4 mərhələsində Xorvatiya ilə qarşılaşmada mübarizəni dayandıran Rusiya yığmasının futbolçuları ilə bağlı maraqlı iddia irəli sürülüb. Almaniya qəzetləri rus futbolçuların dopinqdən istifadə etdiklərini yazıb.
Almaniyada dərc olunan "Süddeutsche Zeitung" qəzeti rusiyalı futbolçuların həm İspaniya, həm də Xorvatiya ilə oyunda burunlarını tez-tez silməsini dopinqlə əlaqələndirib. Nəşrin iddiasına əsasən, Rusiya yığmasının futbolçularının burunlarına amonyak turşusundan hazırlanmış xüsusi məhlul tökülüb.
Amonyak dopinq maddəsi sayılmır və istifadəsi qadağan deyil. Lakin bu maddədən istifadə edən insan daha çox nəfəs almağa təşviq edilir və qandakı oksgien axını yaxşılaşaraq bədənə üstünlük verir.
"Bild" qəzeti də Xorvatiya ilə oyunda rus futbolçuların amonyak istifadə etdiyini, bəzi oyunçuların daima burnunu silməsini şübhəli fakt kimi qələmə verib.



Faktxəbər
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































