İngiltərə də yarımfinalda

İngiltərə də yarımfinalda

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Samaradakı eyniadlı arenada İsveç və İngiltərə yığmaları qarşılaşıb. Görüş britaniyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə Hari Magire açıb. 59-cu dəqiqədə isə Dele Alli oyunda son nöqtəni qoyub.

Beləliklə, İngiltərə millisi 28 ildən sonra adını mundialın yarımfinalına yazdırıb. Qaret Sautgeytin baş məşqçi olduğu komandanın növbəti rəqibi Rusiya və Xorvatiya yığmaları arasında keçiriləcək son 1/4 final matçının qalibi olacaq. Bu gün Soçidəki "Fişt" stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Digər yarımfinal oyununda isə Fransa və Belçika milliləri üz-üzə gələcək.

DÇ-2018

1/4 final

7 iyul

18:00. İsveç - İngiltərə - 0:2

Qollar: Harri Magire, 30. Dele Alli, 59

Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Mateu Lahos (İspaniya).

Samara. "Samara Arena"

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az