"Burada olduğum üçün xoşbəxtəm. Komandaya bir az gec qoşuldum. Buna baxmayaraq, həm komanda yoldaşlarım, həm də məşqçilər korpusu məni çox isti qarşıladılar. Komandaya və sistemə uyğunlaşmaq üçün həm fərdi məşqlər etməyə, həm də komanda ilə birgə hazırlığı davam etdirməyə çalışıram".
"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun yeni transferi Kvame Karikari klubun televiziyasına müsahibəsində deyib.
26 yaşlı qanalı futbolçu hücumçu kimi əsas vəzifəsinin qol vurmaqdan ibarət olduğunu vurğulayıb: "Burada olduğum üçün çox məmnunam. Mən əzmkarlıqla çalışmağın fayda verəcəyinə çox inanıram. Oynadığım klublarda əzmkarlıq nümayiş etdirməyə çalışmışam. Qol vurmaq üçün öz üzərimdə çox işləyəcəyəm. Komanda yoldaşlarım keyfiyyətli futbolçulardır. Onların köməyi ilə əlimdən gələni edəcəyəm ki, "Neftçi" azarkeşləri üçün çoxlu qollar vurum".
Karikari sonda "Neftçi" azarkeşlərinə səslənib: "Azarkeşlərimizin hamısını iyulun 12-dəki oyunda bizə dəstək olmağa çağırıram. Komanda yoldaşlarımın, dostlarımın, menecer tanışlarımın dediklərinə görə, "Neftçi"nin böyük azarkeş ordusu var. Onların hər birinin gəlib, bizi dəstəkləməsini gözləyirəm".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































