"Qarabağ" qapıçı axtarışlarını davam etdirir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Ağdam klubu məhz bu ölkədən qolkiper almaq niyyətindədi.
Azərbaycan çempionunun növbəti hədəfi "Verona"nın "dəri əlcək" sahibi Nikolas Andradedi. 30 yaşlı futbolçunun meneceri Joao Santos da xəbəri təsdiqləyib və tərəflər arasında danışıqların aparıldığını vurğulayıb. Bildirilir ki, "Qarabağ" bu keçid müqabilində B seriyası təmsilçisinə 300 min avro təklif edib.
Lakin Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək ağdamlılar danışıq zamanı problemlə üzləşiblər. Braziliyalı qolkiperin meneceri "Verona"nın şərtlərinin ağır olduğunu deyib: "İtaliya klubu Nikolasın gələcəkdə transferindən 50 faiz qazanc götürmək niyyətindədi. Ancaq "Qarabağ" çətin ki, bu şərtlə razılaşsın".
Qeyd edək ki, "Qarabağ" yay fasiləsində iki qapıçısı – İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb. 2010-cu ildən "Verona"ya məxsus olan Nikolas Andradenin isə klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


