Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək.
Mediainfo.az saytının Apasport-a istinadən məlumatına görə, ilk oyun günündə iki cütlük meydana çıxacaq.
Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirəcək matç gərgin mübarizə və maraqlı oyun vəd edir.
Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offlara yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrultmaq üçün əllərindən gələni edəcəklər. Fransızlar isə qrup liderliyinin təsadüfi olmadığını sübuta yetirmək iddiasındadı.
Günün ikinci matçında isə Uruqvayla Portuqaliya münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupu qol buraxmadan və naməğlub lider kimi bitirən ilk dünya çempionu Uruqvay bu uğurunu pley-offda da davam etdirmək əzmindədi. Portuqaliya millisi isə çətinliklə yüksəldiyi növbəti mərhələdə işini şansa buraxmaq istəmir.
DÇ-2018
1/8 final
30 iyun
18:00. Fransa – Argentina
Baş hakim: Alirza Fagani (İran)
Kazan, "Kazan Arena"
22:00. Uruqvay – Portuqaliya
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, "Fişt Stadionu"
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































