Rusiya Premyer Liqasında 2017-2018 mövsümünün müxtəlif nominasiyalar üzrə qaliblərinin adları açıqlanıb.
"Report"un Rusiya Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib. 71 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Lokomotiv isə mövsümün ən yaxşı komandası olub.
"Krosnadar" klubunun futbolçusu Fyodor Smolov ən yaxşı oyunçu, MOİK-in yarımmüdafiəçisi Aleksandr Qolovin ən yaxşı gənc futbolçu adına layiq görülüb.
Qeyd edək ki, "Lokomotiv" 2017-2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Yuri Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































