Rusiyadakı futbol üzrə dünya çempionatında avtoqol sayı üzrə mundiallar rekordu təzələnib.
Yeni rekord iyunun 27-də F qrupunda keçirilmiş Meksika - İsveç matçında qeydə alınıb. "Yekaterinburq Arena"da təşkil edilmiş qarşılaşmanın 74-cü dəqiqəsində meksikalı müdafiəçi Edson Alvares topu öz qapısına göndərib. Bu, DÇ-2018-də 7-ci avtoqol olub. Beləliklə, 20 il əvvəl Fransada baş tutmuş dünya çempionatındakı rekord qüvvədən düşüb.
İsveçin 3:0 hesablı qələbə qazandığı görüşün ardından E qrupunda oynanılmış İsveçrə - Kosta-Rika matçı daha bir avtoqolla əlamətdar olub. 2:2 hesabı ilə yekunlaşan matçın uzatma dəqiqələrində penaltidən vurulan zərbə qapı tirinə tuş gəldikdən sonra isveçrəli qapıçı Yann Zommerə dəyərək, tora daxil olub. Beləliklə, DÇ-2018-də 44 oyunda 8 avtoqol gerçəkləşib.
Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq. Report
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


