Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.
Qarşılaşmalar F və E qruplarını əhatə edəcək.
Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdır. Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir. Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.
Bu qrupla müqayisədə E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdir. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq. Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq. Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.
DÇ-2018
27 iyun
III tur
F qrupu
18:00. Cənubi Koreya - Almaniya
Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
Kazan, "Kazan Arena"
18:00. Meksika - İsveç
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)
Yekaterinburq, "Yekaterinburq Arena"
22:00. Serbiya - Braziliya
Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis)
Moskva, "Spartak" stadionu
22:00. İsveçrə - Kosta-Rika
Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
Qeyd edək ki, hələlik 1/8 final cütlərindən 4-ü məlumdur. İyunun 30-da Soçidə Uruqvay - Portuqaliya, Kazanda Fransa - Argentina və iyulun 1-də Moskvadakı "Lujniki" stadionunda İspaniya - Rusiya, Nijni-Novqorodda Xorvatiya - Danimarka görüşləri keçiriləcək. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































