DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.
Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. "Xoruzlar"a bu matçda heç-heçə də kifayət edəcək. Danimarka isə qalib gəlməyə məcburdu. Əks halda skandinavlar hətta qrupdan çıxmaya da bilər. Avstraliya Peru üzərində qələbə ilə qazanaraq ikinci pilləni ələ keçirə bilər.
D qrupunda isə artıq 6 xalla 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin etmiş Xorvatiyanı 1 xala malik debütant İslandiya ilə görüş gözləyir. Şimallılar qələbə qazana bilməsə, qrupda qalacaqlar. Qələbə təqdirində isə onlar eyni xala malik Argentinanın 3 xalı olan Nigeriyaya qalib gəlməsinə ümid etməlidirlər. Lakin bu zaman amerikalılar İslandiyadan az top fərqi ilə qalib gəlməlidirlər. Başqa sözlə, qrupda qalma təhlükəsi ilə üzləşən Argentina mütləq qalib gəlməli, Xorvatiyanın isə İslandiyaya mümkün qədər çox qol fərqi ilə qələbəsinə ümid etməlidir.
DÇ-2018
III tur
26 iyun
C qrupu
18:00. Danimarka - Fransa
Baş hakim: Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu
18:00. Avstraliya - Peru
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu
Turnir cədvəli
|
1. |
Fransa |
2 |
2 |
0 |
0 |
3-1 |
6 |
|
2. |
Danimarka |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3. |
Avstraliya |
2 |
0 |
1 |
1 |
2-3 |
1 |
|
4. |
Peru |
2 |
0 |
0 |
2 |
0-2 |
0 |
D qrupu
22:00. Nigeriya - Argentina
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
22:00. İslandiya - Xorvatiya
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"
Turnir cədvəli
|
1. |
Xorvatiya |
2 |
2 |
0 |
0 |
5-0 |
6 |
|
2. |
Nigeriya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
3. |
İslandiya |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
|
4. |
Argentina |
2 |
0 |
1 |
1 |
1-4 |
1 |
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































