Məhəmməd Salah lideri olduğu Misir millisini tərk etmək niyyətindədir.
Mediainfo.az qol.az-a istinadən xəbər verir ki, bu sensasiyalı məlumatı CNN telekanalı futbolçunun yaxın ətrafına istinadən yayıb. Bildirilib ki, Salahın belə bir qərar verməsi millinin DÇ-2018 üçün məskunlaşdığı Çeçenistanda üzləşdiyi hadisədir.
Məlumata görə, prezident Ramzan Kadırovun futbolçuya Çeçenistanın fəxri vətəndaşı adı verməsi və bununla bağlı keçirilən mərasimdən sonra Salah narahat olmağa başlayıb. "Məhəmməd hesab edir ki, ondan siyasi məqsədlər üçün istifadə ediblər. O düşünür ki, bu hadisə onun imicinə zərər vurur" – deyə CNN bildirib.
Daha öncə yayılan xəbərlərə görə, Salah Misir Futbol Federasiyası rəhbərliyi ilə aralarındakı münaqişə səbəbindən qrupda Səudiyyə Ərəbistanına qarşı keçiriləcək son matçdan imtina edib. İddia edilir ki, o, komandanın yerləşdiyi otelə iş adamları, artist və şou-biznes ulduzlarının gətirilməsindən narazı qalıb. Salahın fikrincə, onların otelə gələrək futbolçularla görüşünə şərait yaradılması komandanın oyunlara lazımi səviyyədə hazırlaşmasına mane olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































