Rusiyada keçirilən dünya çempionatında bu gün A və B qruplarında mübarizəyə yekun vurulacaq.
A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür.
Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir nüfuz savaşına çıxacaqlar.
B qrupunda isə vəziyyət fərqlidir. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə girəcəklər. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.
DÇ-2018
25 iyun
III tur
A qrupu
18:00. Uruqvay - Rusiya
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara, "Samara Arena"
18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"
Turnir cədvəli
|
1. |
Rusiya |
2 |
2 |
0 |
0 |
8-1 |
6 |
|
2. |
Uruqvay |
2 |
2 |
0 |
0 |
2-0 |
6 |
|
3. |
Misir |
2 |
0 |
0 |
2 |
1-4 |
0 |
|
4. |
Səudiyyə Ərəbistanı |
2 |
0 |
0 |
2 |
0-6 |
0 |
B qrupu
22:00. İran - Portuqaliya
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk, "Mordoviya Arena"
22:00. İspaniya - Mərakeş
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad, "Kalininqrad" stadionu
Turnir cədvəli
|
1. |
İspaniya |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
2. |
Portuqaliya |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
|
3. |
İran |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
4. |
Mərakeş |
2 |
0 |
0 |
2 |
0-2 |
0 |
Apasport
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































