"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Fənərbağça" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinə Filip Koku rəhbərlik edəcək. "Sarı-lacivərdlilər" 48 yaşlı mütəxəssislə 3 illik razılıq əldə edib. Hollandiyalı baş məşqçinin son iş yeri PSV olub. Artıq Eyndhoven klubu Koku ilə yollarını ayırdığını rəsmi "twitter" hesabı vasitəsilə bəyan edib və ona türk dilində uğurlar arzulayıb. Kokunun yerinə isə Mark van Bommel gətirilib.

Qeyd edək ki, Filip Koku 2013-cü ildən PSV-nin baş məşqçisi olub. O, 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionluğunu qazanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az