Sloveniya mətbuatı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Olimpiya"nın rəqibi olan "Qarabağ" haqda yazı hazırlayıb.
"Nogomania.com" saytının dərc etdiyi məqalədə klubun tarixindən, Qarabağ münaqişəsinə görə komandanın oyunlarını doğma Ağdamda deyil, Bakıda keçirməsindən bəhs olunub. Həmçinin yazıda "Qarabağ"ın ötən il Çempionlar Liqasının qrup mərhələsində oynaması, kluba "Azersun Holdinq"in sponsorluq etməsi, yayda İbrahim Şehiç, Riçard Almeyda və Pedro Enrike kimi aparıcı futbolçuların getməsi və bu səbəbdən komandanın zəifləməsi də qeyd olunub:
"Qarabağ" ötən illə müqayisədə indi daha zəifdir. Ancaq komanda avrokubokların təsnifat mərhələsində elə də çətinlik çəkmir. Ötən il gözlənilmədən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansalar da, bu uğurda böyük pay sahibi olan 3 aparıcı futbolçularını - İbrahim Şehiç, Riçard Almeyda və Pedro Enrikeni saxlaya bilmədilər. Kluba "Azersun Holdinq" sponsorluq edir. "Qarabağ"ın büdcəsi isə təxminən 15 milyon dollardır".
"Qarabağ"ın yay fasiləsində Filip Ozobiçi transfer etdiyini xatırladan sloveniyalı həmkarlarımız hazırda komandanın ən aparıcı oyunçularının Miçel Madera və Dani Kintana olduğunu, komandaya isə Azərbaycanın ən tanınmış futbolçularından olan Qurban Qurbanovun rəhbərlik etdiyini vurğulayıblar.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 10-da Lüblyanada keçiriləcək. Bakıdakı cavab matçının isə iyulun 17-də olacağı gözlənilir. (Qol.az)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


