"Qəbələ"nin rəqibi Lüksemburq "Proqres"inin heyətində Azərbaycana erməni futbolçu gələ bilər.
Bu, hücumçu Aleksandr Karapetyandır.
31 yaşlı hücumçu Gürcüstanda doğulsa da, 2014-cü ildə iki dəfə Ermənistan millisinə cəlb olunub. Təcrübəli forvardın Gürcüstan və Almaniya vətəndaşlığı da var.
2017-ci ildən "Proqres"də çıxış edən Karapetyan əvvəllər Almaniya komandalarının da formasını geyinib. O, ötən mövsüm 23 oyuna 29 qol vurub və komandasının ən yaxşı, Lüksemburq Yüksək Liqasının ikinci ən yaxşı bombardiri olub.
Qeyd edək ki, "Qəbələ" "Proqres"lə ilk oyununu iyulun 12-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































