Rusiyada keçirilən DÇ-2018 davam edir. Bu gün daha 3 qarşılaşma oynanılacaq.
Günün ilk matçında B qrupunda Portuqaliya ilə Mərakeş üz-üzə gələcək. Mundiala qonşusu İspaniya ilə oyunla start verən pirineylilər Ronaldonun het-triki ilə matçdan bərabərliklə ayrılıb. Mərakeş isə İran qarşısında son dəqiqədə avtoqola üzülüb. Qrupdan çıxmaq istəyən Portuqaliya işini son matça buraxmamaq üçün bu qarşılaşmadan mütləq qələbə ilə ayrılmadlıdır.
Qrupun ikinci oyunu günün son matçı olacaq. İspaniya İranla qarşılaşacaq. Mundialdakı ilk görüşündən sadəcə 2 gün öncə baş məşqçi dəyişikliyi edən "matadorlar" ən çətin rəqibindən 1 xal almağı bacarıb. İranla matçdakı mümkün qələbə onlar üçün 1/8 finalın qapısını aralayacaq. İran millisi isə son dəqiqədə 3 xal aldığı Mərakeşdən sonra sürpriz axtarışındadı. Bir xal belə növbəti tur ümidlərinin davamı üçün önəmlidir.
Bu gün A qrupunda da bir oyun keçiriləcək. Uruqvay ilə Səudiyyə Ərəbistanı üz-üzə gələcəklər. Cənubi amerikalılar ilk matçda Rusiyadan 5 cavabsız qol buraxan ərəblər qarşısında aşkar favortidi. Qələbə həm Uruqvayı, həm də rusları 1/8 finala çıxardacaq.
DÇ-2018
Qrup mərhələsi
II tur
20 iyun
B qrupu
16:00. Portuqaliya – Mərakeş
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. "Lujniki stadionu"
22:00. İran – İspaniya
Baş hakim: Andres Kunya
Kazan. "Kazan Arena"
Turnir cədvəli
|
1. |
İran |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
|
2. |
Portuqaliya |
1 |
0 |
1 |
0 |
3:3 |
1 |
|
3. |
İspaniya |
1 |
0 |
1 |
0 |
3:3 |
1 |
|
4. |
Mərakeş |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
A qrupu
19:00. Uruqvay – Səudiyyə Ərəbistanı
Baş hakim: Kleman Tyurpen
Rostov. "Rostov Arena"
Turnir cədvəli
|
1. |
Rusiya |
2 |
2 |
0 |
0 |
8:1 |
6 |
|
2. |
Uruqvay |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
|
3. |
Misir |
2 |
0 |
0 |
2 |
1:4 |
0 |
|
4. |
Səudiyyə Ərəbistanı |
1 |
0 |
0 |
1 |
0:5 |
0 |
Apasport
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































