Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.
A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalarlar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə"sini korlamalı olacaqlar.
Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.
DÇ-2018
I tur
A qrupu
19:00. Rusiya – Səudiyyə Ərəbistanı
Baş hakim: Nestor Pitana (Braziliya)
Rusiya, Moskva. "Lujniki" stadionu.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































