Misirin futbol üzrə yığmasının futbolçusu Məhəmməd Salah dünya çempionatının birinci turunda Uruqvay komandasına qarşı oyunda iştiraka hazır olduğunu bildirib.
Mediainfo.az "Report" -a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə Qroznıda açıq məşqdən sonra deyib.
"Özümü yaxşı hiss edirəm. Uruqvay komandası ilə matçda oynamağa köklənmişəm. Bilmirəm, komandamız hara qədər davam gətirəcək. Ancaq komanda yaxşı hazırlanıb və böyük ümidlərlə əla əhval-ruhiyyədədir. Biz dünya çempionatına 28 ildən sonra yüksək əhval-ruhiyyədə qayıtdıq", - deyə o bildirib.
Qeyd edək ki, futbol üzrə Misir yığması dünya çempionatının final mərhələsində 28 ildə ilk dəfə iştirak edir. Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


