Baş məşqçi postuna italiyalı Roberto Bordinini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.
Mediainfo.az xəbər verir ki. bu barədə Sportlife.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir.
Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.
Mənbənin dediyinə görə, vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.
Məlumatı verən mənbə bildirir ki, büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub - Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.
Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


