"Bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün qarşımızda müxtəlif imkanlar mövcud olsa da Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verildi. Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarına çıxarılması təşəbbüsü ilə çıxış edərək, Cənub Qaz Dəhlizi layihəsinin əsas ideya müəllifi Azərbaycan oldu".
Məlumata görə, bunu bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018" 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O, Cənub Qaz Dəhlizi layihəsini müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa layihə adlandırıb: "Buna baxmayaraq, bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşıb. Dünən Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verildi, iyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır. Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: 4 seqmentdən 3-ü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik".
SOCAR prezidenti qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir: "Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir. Yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək. Bu isə ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini gücləndirəcək. Həmçinin Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla 3-cü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək. Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq və bütün hazırkı qaz təchizatçıları ilə bərabər yüksək tələbat olan bu bazarda özünə layiqli yer tutacaq". (apa)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































