Mediainfo.az saytı yazıçı-jurnalist Əziz Mustafanın Çempionlar liqasının final oyunu ərəfəsində "Liverpul"la bağlı araşdırma yazısını oxucularına təqdim edir:
"Liverpul" bir vaxtlar şanlı bir keçmiş yaşayıb. Belə ki, komandanın ən uğurlu illəri keçən əsrin 70-ci, 80-ci illərinə təsadüf edir, bu uğurlarda isə məşqçilər Şenkli və Peysli böyük xidmətləri olub. Bill Şenkli və Bob Peysli ümumilikdə "Liverpul"a 11 dəfə liqa çempionluğu 7 dəfə isə avrokubok qazandırıb. Ümumiyyətlə "Liverpul" Avropada ən çox uğur qazanan ingilis komandadır. "Qırmızılar" 5 dəfə Çempionlar Liqasını qazanıblar, bu isə İngiltərə klubları üçün rekorddur. Ümumilikdə "Liverpul" düz 11 dəfə avrokubok qazanıb. "Liverpul"dan daha çox avrokubok qazanan klub "Milan", "Real" Madrid və "Barselona"dır(hər üç klubda 12 avrokubok). Üstəlik Mersisayd klubu 18 qat İngiltərə çempionudur və bu göstəricəyə görə "Liverpul" yalnız Mançester Yunayted"dən geridə qalır.
Bu müstəvidə də "Liverpul"un tarixinə bir daha nəzər salmaq və oxucularımıza da bu barədə məlumat verməyi məqsədə uyğun hesab etdik.
1892-ci ildə anadan olan "Liverpul"
İngitərənin və dünyanın məşhur futbol klublarından biri olan "Liverpul" futbol komandasının yaranması xoş bir təsadüflə bağlıdır.
Belə ki, "Enfild Roud" stadionun sahibi olan Con Houldinqlə everton futbolmkllubu rəhbərliyi arasında mübahisə düşür. Mübahisəyə səbəb isə Con Houldinqin Evertonun ev oyunlarını keçirdiyi Enfild roud" stadionu üçün icarə haqqını artırması olur. Belə ki, 1891-ci ildə "Everton" İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi "Enfild Roud" stadionuna görə arenanın icarə haqqını 2 dəfə artırır. "Everton" rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və "Qudison Park"a köçür. buna cavab olaraq Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında "Liverpul" adlı futbol klubu meydana çıxır.Qeyd edək ki, əvvəlcə bu komandanın adı "Everton F.C. and Athletic Grounds Ltd" (Everton Atletık) idi. Lakin İngiltərə Futbol Federasiyası bu adla klubun çlkə b,r,ncliklərində oynmasına razılıq vermədi. Belə ki, oxşar adlı komanda artıq çlkə futbol fererasiyasının üzvü- idi. Nəticədə Holdinq komandasının adını dəyişməyə onu Liverpul şəhərini adı ilə adlandırmağa məcbur oldu. Öz növbəsində Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir.
"Liverpul" Lankaşır liqasında çıxış etməyə başladı. Artıq 2 il sonra, 1893/94 sezonunda, "Liverpul" 2-ci diviziona qalxaraq, İngiltərənin Futbol Liqasına daxil oldu. Yarandığı gündən 8 il sonra 1900-1901-ci illər mövsümündə "Liverpul" böyük uğura imza ataraq ölkə çempionu olmağı bacardı.
Bundan 5 il sonra, 1905-1906-cı illər mövsümündə də "Liverpul" eyni uğuru təkrarlaya bildi. Klubun ilk kubok finalı isə 1914-cü ilə təsadüf edib. İngiltərənin kubokunun finalında "Liverpul" "Bernli"yə 0:1 hesabı ilə məğlub oldu. Buna baxmayaraq 1921/22, 1922/23 sezonlarında "Liverpul" 2 dəfə çempionluq titulunu qazanmışdı. 1922/23 sezonundakı çempionluqdan sonra Liverpulyalnız 24 il sonra 1946-1947-ci illər mövsümündə yenidən çempion ola bildi. Bununla da "Liverpul" 5-ci dəfə İngiltərə çempionu oldu. 1950-ci ildə isə "Liverpul" 2-ci dəfə İngiltərə Kubokunun finalında oynadı. Amma komanda finalda da "Arsenal"a 0:2 hesabı ilə məğlub oldu
Amma bundan sonra belə demək mümkünsə "Liverpul"un qara günləri başladı. Nəticədə komanda güclülər dəstəsini tərk etməyə məcbur oldu. "Liverpul 1952-1961-ci illər mövsümündə ikinci dəstədə oynadı.
Şenkli "Liverpul"u xilas edir
Liverpulun belə bir uğursuzluğu klubun rəhbərliyini narahat etməyə bilməzdi. Nəticədə vəziyyətdən çıxış yolu axtaran klub rəhbərliyi ilk nçvbədə komandanın xilaskarı olacaq baş mə.qçinin axtarışın açıxdılar. Uzun axtarışlardan sonra onlar komandaya yeni baş məşqçiolacaq şəxs kimi Bil Şenklinin üzərində dayandılar.
Şenklinin gəlişindən sonra, "Liverpul"un heyəti yeniləndi. Komandaya nə az, nə çox, düz 24 futbolçu cəlb olunmuşdu. Şenkli "Enfild"dəki zirzəmini yeniləyərək, məşqçilərin müzakirə otağı etmişdi. Şenklinin səyləri və məşqçilik məhaerəti nəticəsində
"Liverpul" 1961-62-ci illər mövsümində güclülər dəstəsinə vəsiqə qazana bildi. Bir sözlə uzun fasilədən sonra 60-cı illərdə "Liverpul" özünün yüksəliş dövrünü yaşayırdı. Həmin dövrdə "Liverpul"a baş məşqçi təyin edilən şotlandiyalı Şenkli isə komandanı yeni zirvələrə daşıdı. Şenkli mehriban, əzmkar kollektiv yaradaraq komandanın uğurlarını təmin etdi. O dövrdə Şenkli deyirdi: "Mən "Liverpul" üçün yaranmışam. "Liverpul" da mənim üçün yaradılıb".
Bir sözlə "Liverpul" 1963-1966-cı illərdə özünün ən parlaq dövrlərindən biirni yaşamağa başladı. Həmin dövrdə Liverpul iki dəfə ölkə çempionu oldu. Şenklinin komandasının əsas gücü şotlandlar Yets, Con, Kallagen, Smit və ingilislər Xant və Piter Tompsonlar təşkil edirdi. Nəticədə komanda iki dəfə İngiltərə çempionu oldu, öz tarixində ilk dəfə İngiltərə kubokunu qazandı, Çempionlar kubokunun yarımfinalına və kuboklar kubokunun finalına çıxdı. 1965-ci ildə finalda "Lids Yunayted"i məğlub edən "Liverpul", tarixində ilk dəfə İngiltərə Kubokunu qazanmışdı. 1965-66-cı illər mövsümündə "Liverpul" 7-ci dəfə İngiltərə çempionu olur. Bundan sonra bir neçə il komanda əvvəlki uğurlarını təkrar edə bilmədi.
Bununla belə Şenkli uğursuzluğa son qoya və yeni komand ayarada bildi. Bu komanda ilə də Şenkli 1972-1974-cü illərdə yenidən nəinki İngfiltərədə həm də dünya futbol arenasında rəqiblərini birbirinin ardınca məğlub edərək məğlubedilməz komanda adını qazandı. Bir sözlə komandaya yeni oyunçuların Kiqan, Klemens, Toşak, Xayvey, və digərlərinin cəlb edilməsi nəticəsində "Liverpul" yenidən qələbələri sıralamağa başladı. Həmin dövrdə "Liverpul" həm İngiltərə çempionu oldu, həm də UEFA kubokunu qazandı. UEFA kubokunun finalında "Liverpul" Mönxenqladbaxın Borussiya komandasının qapısından 3 cavabsız top keçrqərək onu darmadağın etdi və kuboku başı üzərinə qaldırdı. Komandanın ulduz oyunçuları isə əfsanəvi futbolçu Kiqan, həmçinin Xyuz, Klemens, Kallagen idi. Növbəti sezonda isə "Liverpul" İngiltərə kubokunda qalib gəldi. İngiltərə kubokunun finalında "Nyukasl"ı darmadağın edən "Liverpul"un bu uğuru Şenklinin son nəğməsi oldu. O yorulmuşdu və bu uğurdan sonra istefaya getdi. Onun yerinə isə köməkçisi Bob Peysli təyin edildi.
Bob Peysli Şenklinin uğurlarını davam etdirir
Bob Peysli Şenklinin yanında böyük təcrübə məktəbi keçmişdi. O xatiirni istədiyi ustad məqşçinin uğuurnu davam etdirmək üçün dərhalm işə girişdi. Bob Peysli istedadlı məşqçi və mahir taktik idi. O yalnız ilk məçqçilik ilində komandasına fəxri mükafat qazandıra bilmədi. Amma sonrakı illərdə Peyslinin komandası qarşısı alınmaz idi. Komanda İngiltərə kuboku istisna olmaqla bütün fəxri mükafatların üç qat qalibi oldu. Həmin dövrdə " liverpul" un qabağın açıxmağa qadir komadan yox idi. "Liverpul həm ölkə çempionatlarında həm də avrokuboklarda rəqiblərinin daşını daş üstündə qoymurdu. Nəticədə komanda 6 dəfə İngiltərə çempionu oldu, 3 dəfə Çempionlar, bir dəfə UEFA kubokunu qazandı və 3 dəfə Liqa çempionu oldu. komandanın uğurlarında isə təbii ki, Dalqliş, Suness, Klemens, Xansen kimi ulduz futbolçuların böyük xidmətləri vardı. Ümumiyyətlə Avropa futbolu tarixində
Bob Peysli 3 dəfə Çempionlar Liqasının qalibi olan yeganə baş məşqçidir. O, İngiltərə Futbol Tarixində olan ən yaxşı məşqçilərdən biri sayılır. "Liverpul" məhz onun baş məşqçiliyi dövründə dünya futbolunun ən məğlub edilməz komandası titulunu qazanmışdı.
1983-cü ildə Bob Peysli "Liverpul"u tərk etdi. O da Bill Şenklini kimi, öz işini köməkçisinə təhvil verdi. "Liverpul"un yeni baş məşqçisi Co Feqan olur. Feqan ilk sezondaca "Liverpul"u çempion edə bilir. Həmin sezon "Liverpul" həm çempion olur, həm də İngiltərə Liqa Kubokunu və Çempionlar Liqasını qazana bilir. Elə həmin vaxtlar Mersisayd klubunda növbəti ulduz parlamağa başladı. Söhbət Yan Raşdan gedir.
Bob Peyslinin dövründə "Liverpul" daha çox kubok qazandı. 1975/76 sezonunda "Liverpul" həm çempionatı, həm də UEFA Kubokunu qazana bilmişdi. Bob Peyslinin 9 illik başçılığı altında "Liverpul" 6 dəfə İngiltərə çempionu olmuşdu, 3 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Superkubokunu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Kubokunu, 1 dəfə də UEFA Superkubokunu qazana bilmişdi.
1985-indiki zaman[redaktə | əsas redaktə]
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur.
1988/89 sezonu "Liverpul" fanatları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular. Çempion "Arsenal" olur.
1989/90 mövsümündə Dalqliş mersisaydlılarla 5-ci mövsümündə 3-cü dəfə İngiltərə çempionu oldu. Həmin vaxtdan bəri 20 ildən çox vaxt keçsə də, bu hələ ki "Liverpul"un sonuncu qızıl medallarıdı.
1991-ci il fevralın 22-də Dalqliş istefa verdi. Ondan sonra bir neçə il ərzində komandaya müxtəlif məşqçilər gətirilsə də, onların nəzərə çarpan uğuru olmadı. Nəhayət, "Liverpul" axtardığı çalışdırıcını 1998-ci ildə tapdı. Fransa millisinin sabiq baş məşqçisi Jerar Ulye çətin tapşırığın öhdəsindən gəlməyi bacardı. Məhz onun rəhbərliyi altında qırmızılar klub tarixinin ən uğurlu mövsümlərindən birini keçirdilər. 2000-2001 mövsümündə "Liverpul" İngiltərə Liqa kubokunu, İngiltərə kubokunu, Uefa kuboku və superkubokunu qazandı. Məhz Ulyenin dövründə Mersisayd klubunda Stiven Cerrard və Maykl Ouen kimi istedadlı futbolçuların ulduzu parlamağa başladı. Amma tədricən Ulye mediyanın təzyiqinə tab gətirməməyə başladı. Fransalı mütəxəssis müdafiə futboluna üstünlük verdiyi üçün tənqid olunurdu. 2003-04 mövsümünün gedişində komanda uzun müddət qələbəyə həsrət qalanda isə rəhbərliyin səbr kasası daşdı. Nəticədə Ulye istefaya göndərildi.
Bundan sonra "Liverpul"da Rafael Benites erası başladı. İspaniyalı məşqçinin gəlişiylə bərabər Maykl Ouen 8 milyon funt sterlinq müqabilində Madrid "Real"ına keçdi. Əvəzində isə Milan Baroş, Xabi Alonso və Luis Qarsiya kimi futbolçular gətirildi. Bu cür dəyişiklik avtomatik olaraq Benitesi qınaq obyektinə çevirdi. Ancaq ispaniyalı çalışdırıcı təzyiqlərə fikir vermirdi. Müəyyən vaxtdan sonra o, özünü doğrultdu. Çünki Benites futbol dünyasının bəlkə də heç vaxt unutmayacağı o möhtəşəm qələbənin memarlarından biri oldu.
Beləliklə, 2005-ci il mayın 25-i. Çempionlar Liqasının finalı. İstanbulun "Atatürk" stationu. "Liverpul" "Milan"a qarşı. Ilk hissədən sonra İtaliya klubu 3:0 hesabıyla öndə idi. Sonrasını isə Stiven Cerrardın dilindən eşidək: "Fasilə zamanı hamımız məğlubiyyətlə barışmışdıq. Yalnız Rafael Benites bizi hələ heç nəyin itirilmədiyinə inandırmağa çalışırdı. Düzü, onun sözləri də bizə kömək etmirdi. Çox məyus idik. Amma fasilədən sonra meydana qayıdarkən baş verənləri sözlə ifadə etmək çox çətindi. Tribunalarda olan "Liverpul" azarkeşləri bir ağızdan klubun himnini oxuyurdular. Həmin vaxt başa düşdük ki, qələbəyə hələ də inananlar var". "Liverpul" həqiqətən də həmin unudulmaz oyundan qələbəylə ayrıldı. Bütün İngiltərə, futbol dünyası mersisaydlıları alqışlamağa başladı.
Amma bundan sonra "qırmızılar" İngiltərə və Avropa futbolunda mövqelərini itirməyə başladılar. O vaxtdan bəri komandada bir neçə məşqçi dəyişib, bir sıra ulduz futbolçular oynayıb, amma bütün bunlar nəticə vermir
Klub son çempionluğunu Dalqlişin rəhbərliyi altında 1990 - cı ildə qazanmışdır. 25 ildir istədiyi uğurları əldə edə bilməməsinə baxmayaraq hələ də İngiltərənin Avropada və ölkə içindəki ən çox uğur qazanmış klubudur.
"Liverpul" 1983-1985
Uğurları: Liqa kuboku, İngiltərə çempionu, Çempionlar kuboku
Məşqçi: Co Feqan
Ulduz oyunçuları: Dalqliş, Raş, Suness, Xansen
1983-1984-cü il sezonu " "Liverpul" tarixində ən uğurlu sezon oldu. Komanda Feqanın rəhbərliyi altında üç fəxri mükafatın- İngiltərə çempionu, Çempionlar kuboku və Liqa çempionu- sahibi oldu. Amma sonrakı ildə "Liverpul" uğurlarını davam etdirə bilmədi. Buna səbəb isə komanda da baş verən oyunçu dəyişikliklər və zədələr oldu. Çempionar kuboku nun finalında" Eyzel stadionunda baş verən faciəli hadisələrdən sonra Feqan komandanı tərk etdi.
"Liverpul" 1985-1990
Uğurları: Üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə kuboku
Məşqçi: Kenni Dalqliş
Ulduz oyunçuları: Barns, Raş, Olcric, Berdsli
"Liverpul"un avrokuboklarda diskvalifikasiya edilməsindən sonra ona Dalqliş məşqçilik etdi. Dalqliş qısa müddətdə komandanın heyətini yeniləyərək əvvəlcə "Liverpul"a ölkə çempionu titulunu, daha sonra İngiltərə kubokunu qazandırdı. Amma sonrakı sezonda komandanın əsas oyunçusu Raş "Yuventus"a transfer olundu. Onu Olcric əvəz elədi, həmçinin komandaya Barns və Berdsli kimi istedadlı oyunçular cəlb edildilər. 1987-1988-ci illər sezonunda "Liverpul" yalnız mart ayının sonunda uduzdu. Çempionatın bitməsinə 4 oyun qalmış isə "Liverpul" ölkə çempionu oldu. Hücum futboluna üstünlük verən Dalqliş sonrakı sezonda da "Liverpul"u zirvədə saxlaya bildi. Lakin 1991-ci ildə"Everton"la kubok oyununda qeydə alınan 4:4 hesabı Dalqlişin istefa verməsinə səbəb oldu.
"Liverpul" 2001-2004
Uğurları: Liqa kuboku, İngiltərə kuboku, UEFA kuboku
Məşqçi: Jerar Ulye
Ulduz oyunçuları: Maykl Ouen, Stiven Cerard, Sami Xylya, Hari Makallister
1998-ci ildə ilk dəfə "Liverpul"a xarici məşqçi Jerar Ulye təyin edildi. "Liverpul"un fanatı olan Ulye dərhal komandada yenidənqurmaya başladı. Onun komandaya dəvət etdiyi oyunçulardan biri Cerrard oldu. 1999-cu ilin yayında komandaya Xulya, Anşo, Hamann da transfer edildilər. Nəticədə "Liverpul" çempionatı yüksək səviyyədə keçirdi və hamıdan az top buraxan komandaya çevrildi. 2000-2001-illər sezonun əvvəlində Ulye komandaya 35 yaşlı Makallisteri də dəvət etdi. Nəticədə həmin sezonda "Liverpul" kuboklarda üçqat uğura imza atdı. Liqa kubokunun finalında "Liverpul" "Birmingem"i, İngiltərə kubokunda isə "Arsenal"ı məğlub edərək kubokları qazandı. "UEFA kubokunda isə "Liverpul" bir-birinin ardınca güclü "Roma", Barselona" və "Portu"ya qalib gəldi. UEFA kubokunun finalında isə "Alaves"i 5:4 hesabı ilə məğlub edən "Liverpul" kuboku başı üzərinə qaldırdı. Növbəti ildə "Liverpul"un daha böyük uğurlar əldə edəcəyi gözlənilirdi. Amma Ulye ürəyindən əməliyyat olundu və yalnız 5 aydan sonra vəzifəsinin icrasına başladı. Amma komanda artıq əvvəlki oyun əzmini nümayiş etdirə bilmirdi. Ona görə də " Liverpul" uğurlarını davam etdirə bilmədi.
"Liverpul" 2008-2009
Uğurları: Ölkə çemionatında ikinci yer
Məşqçi: Rafa Benites
Ulduz oyunçuları: Cerrard, Torres, Alonso
Benites çox gözəl bir komanda yaratmışdı. Onun rəhbərliyi altında "Liverpul" Çempionlar Liqasının finalına çıxdı. 2008-20009-cu illər İngiltərə çempionatında isə "Liverpul" ikinci yeri tutdu. Lakin Benitesin komandaya gətirdiyi uğurlar rəhbərliyi qane etmədi. Onların Benitesi başqa məşqçi ilə əvəz edəcəyi barədə yayılan xəbərlər isə "Liverpul" oyunçuları arasında oyun əzmkarlığının aşağı düşməsinə yol açdı. Üstəlik komandaya yeni transferlərin edilməməsi də öz sözünü deməkdə idi. Nəticədə "Liverpul" uğursuzluq zolağına düşdü və Benites tutduğu vəzifəsindən azad edildi.
Yenidən uğursuzluq zolağında
2010-cu il iyun ayının 3-də Benites tutduğu vəzifəsindən istefa verdi. Klub rəhbərliyi onun yerinə "Liverpul"a baş məşqçi Roy Hocsonu təyin etdilər. Onunla 3 il müddətinə anlaşma imzalandı. Lakin o bu vəzifədə cəmisi 7 ay işləyə bildi. Belə ki, 2011-ci il yanvar ayının 8-də Hocson "Liverpul" rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında komandadan ayrıldı. Hocsonun rəhbərliyi altında "Liverpul" 20 oyunda cəmisi 25 xal toplayaraq 12 yerdə qərarlaşmışdı. Hocson komandanı tərk edərkən mətbuata verdiyi açıqlamasında demişdi ki, "Liverpul"a 7 ay ərzində rəhbərliyi onun məşqçilik fəaliyyətinin ən çətin və mürəkkəb dövrü olub. O: "Çox təəssüf ki, mənə arzu elədiyim mübariz komanda yaratmaq nəsib olmadı",-demişdi.
Roy Hocsonun yerinə Liverpula müvəqqəti olaraq Kenni Dalqlişi baş məşqçi təyin etdilər. 2011-ci il may ayının 11-də isə "Liverpul" rəhbərliyi Dalqlişlə 3 illik müqavilə imzaladı. 2012-ci il fevral ayının 12-də Dalqlişin rəhbərliyi altında "Liverpul" İngiltərə kubokunun qalibi oldu. "Liverpul" İngiltərə kubokunun finalında "Kardif Siti" üzərində qələbə çaldı. Lakin Dalqliş ölkə çempionatında komandası ilə yüksək mükafata layiq yer tuta bilmədi. Buna görə də klub rəhbərliyi onu mövsüm başa çatmadan, 2012-ci il may ayının 15-də tələm-tələsik istefaya göndərdi. Dalqlişin yerinə isə Brendan Rocers "Liverpul"a baş məşqçi təyin edildi. Amma Rocersin rəhbərliyi altında "Liverpul" çempionata uğursuz başladı. Komanda ilk 5 oyundan 3-də uduzdu, yalnız 2-də heç-heçə etdi. Bu, klubun tarixi ərzində ən pis nəticə idi. 2012-2013-cü illər mövsümündə Rocersin rəhbərliyi altında "Liverpul" yalnız 7-ci yeri tutdu. 2013-2014-cü illər mövsümündə "Liverpul" qış fasiləsinə kimi ölkə çemponatında liderlik etdi. Ancaq bununla belə komanda 36-cı turda gözlənilmədən "Çelsi"yə məğlub oldu, sonra isə "Kristal Pelas"la oyunda heç-heçə edərək nəticədə "Mançester Siti"nin çempion olmasına səbəb oldu. Cəmisi 2 xal şəhərlilərdən geri qalan "Liverpul" nəticədə ikinci yeri tutdu. 2014-2015-ci illər mövsümünün 37-ci turunda "Liverpul" "Kristal Pelas"a öz meydanın 1:3 hesabı ilə uduzdu. 38-ci turda isə "Liverpul" "Stok Siti"nin meydanında 1:6 hesabı ilə biabırçı məğlubiyyətə dükar oldu. Nəticədə "Liverpul" 62 xalla ölkə çempionatında 6-cı yeri tutdu. Bir sözlə Benitesin gedişindən sonra "Liverpul"da 3 məşqçi dəyişsə də komanda onun dövründə qazandığı uğurları təkrar edə bilmir.
Rocers ona olan ümidləri doğrultmadı. Nəticədə istefaya göndərildi və yerinə Yurgen Klop təyin edildi. Klopun rəhbərliyi altında Liverpul ötən il Liqa kubokunun finalına kimi getdi. Lakin finalda Sevilyaya məğlub olaraq kuboku əldən verdi. Bu il isə "Liverpul" Klopun rəhbərliyi altında Çempionlar Liqasının finalına kimi irəliləyiblər. Ölkə çempionatında 4—cü yerlə kifayətlənən "Liverpul"un heyətinda Məhəmməd Salah kimi ulduz futbolÇu var. Əgər bu gün "Liverpul" qələbə çalsa onda komanda öz tarixində yeni uğura imza atmış olacaq.
Əziz Mustafa
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































