Haiti milli komandasının futbolçusu Donald Gerrye "Qarabağ" klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında belə bir müsahibə vermədiyini bəyan edib. O, Ağdam komandası ilə daha bir il müqaviləsinin olduğunu xatırladıb: "Yəni, komandadan gedəcəyim həqiqətə uyğun deyil".
Qeyd edək ki, Donald Gerrye ötən gün "Haitisporttotal" portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































