"Mən Ukrayna ilə oyundakı çıxışımızdan razı qaldım. İlk setdə məğlubiyyətdən sonra çətin durumdaydıq. Amma bütün qızlar toparlanmağı bacardı və mükəmməl nəticəyə imza atdıq". Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının voleybolçusu Xristina Ruseva deyib.
2012-2013 və 2015-2016-cı illərdə "Telekom"da çıxış etmiş 27 yaşlı blokçu Qızıl Avropa Liqasında Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O, Ukraynaya qalib gəldikdən sonra bildirib ki, Faiq Qarayevin komandası güclü olsa da, matçda əsas məqsədləri yalnız qələbədi: "Mövsümün qarşıdakı oyunlarında daha yaxşı oynaya bilərik. Performansımızı artırmaq və gerçək potensialımızı göstərmək üçün zamana ehtiyacımız var. Azərbaycan çox yaxşı komandadı və güclü oyunçulara malikdi. Amma biz bu rəqibə qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik".
Qeyd edək ki, Bolqarıstan – Azərbaycan görüşü mayın 26-da Sofiyada olacaq. Matçın qalibi dövrəni qrup lideri kimi bitirəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































