Aykut Kocaman Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçi postundan ayrılıb.
53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.
Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.
Qeyd edək ki, Aykut Kocaman "Fənərbağça"da ilk dəfə 2010 - 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fənər" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.(report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































