İspaniyanın "Atletiko" klubunun Avropa Liqasının qalibi olması UEFA Superkubokunda tarixi hadisənin gerçəkləşməsi ehtimalı yaradıb. Mediainfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunun üçün Çempionlar Liqasının (ÇL) finalında da "Real"ın qələbə qazanması lazımdı.
"Kral klubu" "Liverpul"la mayın 26-dakı görüşdə qalib gəlsə, Superkubok matçında "Real"la "Atletiko" üz-üzə gələcək. Bu isə yarışın tarixində ilk hal olacaq ki, eyni şəhər təmsilçiləri qarşılaşacaq.
İndiyədək Superkubokda heç vaxt eyni şəhər komandaları üz-üzə gəlməyib. Düzdü, 6 dəfə eyni ölkə klublarının dueli qeydə alınıb. İtaliyalılar 1989/90 ("Milan" – "Sampdoriya"), 1992/93 ("Parma" – "Milan"), ispaniyalılar 2005/06, 2014/15 (hər ikisi "Barselona" – "Sevilya"), 2013/14, 2015/16 (hər ikisi "Real" – "Sevilya") mövsümlərində cütlük təşkil edib.
Qeyd edək ki, Superkubok oyunu avqustun 15-də Estoniyanın paytaxtı Tallində keçiriləcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


